Ədliyyə evlərinin iş qrafikləri dəyişdirilir - ƏTRAFLI
28.11.2020 13:10
269
Maraqlı
A
Ədliyyə evlərinin iş qrafikləri dəyişdirilir - ƏTRAFLI
Ədliyyə Evləri və İctimai Mərkəzləri bazar ertəsindən cümə gününədək 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Aktual.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, indiyə qədər Tbilisi, Kutaisi və Batumi Ədliyyə Evləri saat 09:00-dan 21:00-dək müştərilərə xidmət göstərirdi. Vətəndaşların tez-tez təcili olaraq ehtiyac duyduğu xidmətlərə - doğum və ölüm arayışlarına gəldikdə isə Dövlət Xidmətlərinin İnkişaf Agentliyi sözügedən arayışları həftəsonları sadəcə elektron formada verəcəkdir. Filiallarda xidmətlər əvvəlcədən qeydiyyat sistemi ilə davam etdiriləcək. Nəticə etibarilə, Ədliyyə Evinə və İctimai Mərkəzlərə müraciət etməzdən əvvəl vətəndaşlar my.gov.ge portalında əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Xidmət almaq üçün gələn şəxslərin binalara yalnız maska taxmaları halında girişlərinə icazə veriləcəkdir.
ŞƏRH YAZ
1