Məhkumlarla əlaqədar yeni qərar - DETALLAR
28.11.2020 14:42
888
Maraqlı
A
Məhkumlarla əlaqədar yeni qərar - DETALLAR
Təqsirləndirilən və məhkum şəxslərin 1 yanvar 2020-ci il tarixinədək qısamüddətli görüş və eyni məcəlləyə əsasən əmanət qəbul etmək hüquqları bu ilin 28 dekabr tarixinədək dayandırılıb. Aktual.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan Penitensiar Xidməti tərəfindən yayılıb. Verilən məlumata görə, qərar ölkədəki epidemioloji vəziyyətə və İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən verilib. "Bu dəyişikliklər, Gürcüstan hökumətinin ölkədəki epidemiya vəziyyəti ilə əlaqədar qəbul etdiyi qərarlarla uyğundur və cəzaçəkmə müəssisələrində kovid19-un yayılmasının qarşısını almaq məqsədi daşıyır. Xüsusi Penitensiar Xidmət, İdarələrarası Koordinasiya Şurasının tövsiyələrinə uyğun olaraq məhdudiyyətlərin uzadılması və ya ləğvi ilə bağlı qərarlar qəbul edəcəkdir”, - deyə Xüsusi Penitensiar Xidmət tərəfindən yayılan məlumatda qeyd edilib.
ŞƏRH YAZ
5