Bu gün Batumidə etiraz aksiyası keçiriləcək
Bu gün Batumidə seçkilərin nəticələrini tanımayan müxalifət və vətəndaş fəalları saat 15:00-da etiraz aksiyası keçirəcək.
Aktual.ge xəbər verir ki, sözügedən etiraz aksiyası Batumidə Acarıstan Hökumət Evinin qarşısında saat 3-də başlayacaq.
Müxalifətin və vətəndaş fəalların tələbləri dəyişməz olaraq qalır - yenidən seçkilərin keçirilməsi, yeni seçki rəhbərliyinin təyin edilməsi və siyasi məhbusların sərbəst buraxılması.
Bildirilib ki, aksiyada epidemioloji normalara riayət ediləcək - etirazçılar temperaturu ölçəcəklər və sosial məsafani qoruyacaqlar.