Əliyev tələb etsə, Paşinyan bunu ödəməlidir - Ovannisyan
29.11.2020 17:02
434
Dünya
A
Əliyev tələb etsə, Paşinyan bunu ödəməlidir - Ovannisyan
"Nikol Paşinyan və Ermənistan MN-in Zod-Sotk (Söyüdlü – red.) qızıl yatağının yarısının Azərbaycan tərəfdə olmasını bildirməsi çox ciddi savadsızlıqdır". Aktual.ge xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan deyib. Keçmiş nazirin sözlərinə görə, Paşinyan və MN rəsmisi öz açıqlamaları ilə indiyədək bu yatağı qanunsuz istismar etdiklərini etiraf ediblər, bu isə Ermənistan büdcəsinə qanunsuz gəlirlərin daxil olması deməkdir. Ovannisyan Paşinyana xəbərdarlıq edib ki, əgər sabah Prezident İlham Əliyev qızıl yatağından 30 il ərzində Ermənistan büdcəsinə ödənilən verginin yarısını tələb etsə, o, haqlı tərəf olacaq. O, bu pulları qaytarmaq üçün Paşinyanın digər əraziləri də Azərbaycana vermək məcburiyyətində qalacağını vurğulayıb.
ŞƏRH YAZ
1