Son sutkada ölənlərin və yoluxanların sayı açıqlandı - Azalma var
30.11.2020 11:24
486
Sağlamlıq
A
Son sutkada ölənlərin və yoluxanların sayı açıqlandı - Azalma var
Gürcüstanda son sutkada daha 3 216 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 937 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent isə vəfat edib. Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Hazırkı dövrədək Gürcüstanda COVID-19-a 135 584 yoluxma halı təsdiqlənib. Yoluxanların 113 986-sı sağalıb, 1 267-si isə ölüb. Karantin zonalarında 2 104, stasionar nəzarətdə 6 383 nəfər var. 3 857 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün Gürcüstanda ötən sutkada koronavirusa 4 426 yeni yoluxma faktı qeydə alınıb, 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.
ŞƏRH YAZ
4