Rusiya vətəndaşı Kvemo Kartlidə külli miqdarda narkotiklə saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Kvemo Kartli Polis Şöbəsinin əməkdaşlarınin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, 1973-cü il təvəllüdlü A.Q. saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.
Qeyd olunub ki, Rusiya vətəndaşı külli miqdarda narkotikin qanunsuz alqı-satqısı ilə ittiham edilir.
“Hüquq-mühafizə orqanları şübhəlini Tbilisi-Bakurçixe-Laqodexi magistral yolu ilə Qardabani bələdiyyəsi ərazisindən keçərkən saxlayıblar. Saxlanılan şəxsin yoxlanılması nəticəsində polis, çəkisi 1 kiloqram olan "heroin" narkotik maddəni və eləcə də 8 390 lari və 400 ABŞ dollarını maddi sübut olaraq götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə aparılır, bu da xüsusilə çox miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanmasını nəzərdə tutur", - məlumatda deyilir.
Bildirilib ki, cinayət ən çox 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbsi nəzərdə tutur.