SON DƏQİQƏ! Rustavidə ticarətçilər yolu bağladılar
30.11.2020 12:24
439
Sağlamlıq
A
SON DƏQİQƏ! Rustavidə ticarətçilər yolu bağladılar
Rustavidə küçə tacirləri magistral avtomobil yolunu bağlayıb. Aktual.ge xəbər verir ki, tacirlər fəaliyyətlərini davam etdirmək haqqlarını tələb etdiklərini ifadə ediblər. Onlar tək qazanc mənbəyinin küçə ticarəti olduğunu lakin pandemiya səbəbindən küçə ticarətinə icazə verilmədiyini deyirlər. Alveçilər fəaliyyətlərinə davam edəcəklərini, əks halda pul yardımı tələb edəcəklərini qeyd ediblər. “Bu qadağa ilə ac qalmışıq. İş yoxdur, kömək yoxdur, nə etməliyik, evə nə aparmalıyıq? Bütün qaydalara riayət edirik, qoruyucu əlcək taxırıq. Bizə işləmək hüququ verin. Hər ay ödəməli olduğum 200 lari kreditim var. Onu necə ödəyə bilərəm”, - deyə etirazçılardan biri söyləyib. Rustavi Bələdiyyə Başçısı İrakli Tabaqua alverçilərlə görüşmək üçün hadisə yerinə gəlib.
ŞƏRH YAZ
3