Son sutkada 1 244 qayda pozuntusu qeydə alınıb - On MİNLƏRLƏ lari cərimə yazılıb
30.11.2020 13:02
439
Kriminal
A
Son sutkada 1 244 qayda pozuntusu qeydə alınıb - On MİNLƏRLƏ lari cərimə yazılıb
Son 24 saat ərzində hüquq-mühafizə orqanlarının apardığı monitorinq nəticəsində ölkə daxilində tətbiq edilmiş məhdudiyyətlər daxilində qüvvədə olan 1 244 qayda pozuntusu halı aşkarlanıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 67 nəfəri cərimələyib. Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 1 177 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib. “Daxili İşlər Nazirliyi yenidən vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks təqdirdə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludur. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır”,- deyə DİN-in məlumatında bildirilib. İdarə maska taxma qaydasının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyətə və 20 lari məbləğində cəriməyə, təcrid və karantin qaydasının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən aparılır. Bu isə fiziki şəxslər tərəfindən pozuntunun 2 000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimələnməsini nəzərdə tutulur. Təkrar qanun pozuntusu isə cinayət məsuliyyətini nəzərdə tutur. "Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədəki koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün qanun pozuntularına dərhal reaksiya verirlər", - deyə məlumatda qeyd olunub.
ŞƏRH YAZ
6