Hökumət 1 milyard laridən çox vəsaiti 2021-ci ildə planda tutulan bu tədbirlərə xərcləyəcək
01.12.2020 13:27
1160
İqtisadiyyat
A
Hökumət 1 milyard laridən çox vəsaiti 2021-ci ildə planda tutulan bu tədbirlərə xərcləyəcək
2021-ci ildə hökumətin böhran əleyhinə planında nəzərdə tutulan tədbirlərə 1 milyard laridən çox vəsait xərclənəcəkdir. Aktual.ge cəbər verir ki, 2021-ci il büdcə layihəsinin artıq qanunverici orqana təqdim edilib. Təqdim edilmiş layihənin son versiyasında 2020-ci ildə 280 milyon lari, 2021-ci ildə 1,140 milyon lari də daxil olmaqla, ümumilikdə 1,420,0 milyon lari vəsaitin böhrana qarşı plan çərçivəsində xərclənəcəyi bildirilir. Bu xərclər üç komponentdən ibarətdir: səhiyyə xərcləri, vətəndaş və işgüzar yardım. Xüsusilə səhiyyə xərclərinin maliyyələşdirilməsi üçün 450.0 milyon lari, o cümlədən Səhiyyə Nazirliyi hesabına 400.0 milyon lari, İqtisadiyyat Nazirliyi hesabına 50.0 milyon lari köçürülür. Səhiyyə Nazirliyinə ayrılan məbləğə xəstələrin müalicəsi ilə yanaşı analizlər, peyvəndlərin alınması və epidemiyanın yayılmanın qarşısının alınması ilə bağlı xərclər daxildir. Əlavə olaraq, vətəndaşların sosial dəstəyi üçün 540,0 milyon lariyə qədər pul verilir ki, bunun da 230,0 milyon lariyə qədər vəsait 2020-ci ildə kommunal xərclərin subsidiyalaşdırılmasına və 300 larilik birdəfəlik təzminata yönəldiləcək və 2021-ci ildə 310,0 milyon lariyə qədər pul xərclənəcəkdir. Ticarətə gəldikdə, biznesə dəstək üçün verilən məbləğ 430.0 milyon lari, o cümlədən: Gəlir vergisi güzəşti - 260.0 milyon lari (dekabr-may), 2021-ci ilin gəlir hissəsindəki kəsir 220.0 milyon lari olaraq qiymətləndirilir; turizm sektoru üçün əmlak vergisi güzəşti - 45.0 milyon lari; tikinti sektorunu dəstəkləmək üçün ipoteka krediti subsidiyası - 35.0 milyon lari (proqramın 2020-ci ildə keçid dəyəri); kiçik sahibkarlara qrant yardımı - 35,0 milyon lari; kredit-zəmanət fondu - 50,0 milyon lari; əlavə olaraq ƏDV-nin avtomatik geri qaytarılması davam edəcək və 1.0 milyard laridən çox vəsaitin qaytarılması gözlənilir.
ŞƏRH YAZ
4