BMT-dən bədbin proqnoz: 2021-i aclıq olmadan başa vursaq...
01.12.2020 15:32
320
Dünya
A
BMT-dən bədbin proqnoz: 2021-i aclıq olmadan başa vursaq...
2021-ci ildə dünyada ehtiyacı olanlara kömək üçün rekord həcmdə vəsait – 35 milyard dollar toplanmalı olacaq. Aktual.ge xəbər verir ki, bu məlumatı Qərb mətbuatı BMT hesabatlarına əsasən yayıb. Məlumata görə, keçən illə müqayisədə cari ildə ehtiyacı olan əhalinin sayı 40% artıb. Artımın koronavirusla əlaqədar yarandığı bildirilib. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok pandemiyanın daha çox koronavirus yaranmadan öncə ağır vəziyyətdə olanlara çox pis təsir etdiyini bəyan edib. O, 1990-cı illərdən bu yana ilk dəfə dünyada yoxsulluğun, HİV-in ölümcüllüyünün, vərəm və malyariyanın genişlənməsinin artacağını bildirib. Loukok ən təhlükəli məqamın aclığın bir neçə yerə yenidən qayıtması təhdidinin olduğunu söyləyib. Baş katibin müavini 2021-ci ilin böyük aclıq olmadan başa vurulmasının dünya üçün böyük nailiyyət olacağını qeyd edib.
ŞƏRH YAZ
2