01.12.2020 17:34
489
İqtisadiyyat
A
"Tbilisi Enerji" Qardabaninin bu kəndlərində təbii qazın qiymətini ucuzlaşdırdı
"Qardabani Bələdiyyəsinin Muxranteleti, Zemo və Kvemo Teleti, Tsalaskuri, Axalçğali və Kumisi kəndlərinin əhalisi bu gündən etibarən endirimli tariflə təbii qazdan istifadə edəcəklər". Aktual.ge xəbər verir ki, bu barədə "Tbilisi Enerji"dən məlumat verilib. "GNERC-nin qərarına əsasən, dekabrın 1-dən yuxarıda göstərilən kəndlər 'Tbilisi Enerji'nin lisenziya sahəsinə daxil edilib. Gürcüstanda 'Tbilisi Enerji' təbii qaz müştərilərinə ən aşağı tarif təklif edir. Nəticədə, Qardabani kəndləri 'Tbilisi Enerji' abunəçisi olduqdan sonra təbii qaz istehlak tarifi endirildi. İndiyə qədər Muxrantleti, Zemo və Kvemo Teleti, Tsalaskuri, Axalcğali və Kumisi əhalisinə başqa bir özəl şirkət xidmət edirdi və təbii qaz tarifi 48,7460 tetri idi. Bu gündən etibarən onlar 'Tbilisi Enerji' xidmətlərindən istifadə edirlər. Təbii qaz tarifi isə 46.1374 tetriyə endirildi",- deyə məlumatda bildirilib.
ŞƏRH YAZ
1