Müəllimlərə ŞAD XƏBƏR - Bu tarixdən maaşları 100 lari artırılacaq
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin 2021 büdcəsində müəllimlərin əmək haqqının artırılması ilə əlaqədar qanunlayihəsi hazırlanıb.
Aktual.ge xəbə verir ki, bununla bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri müavini Ekaterine Dğebuadze bildirib.
“İqtisadi çətinliklərə baxmayaraq, mövcud pandemiyada Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əsas prioriteti vətəndaşlarımızın rifahına qayğı göstərmək və keyfiyyətli təhsil verməkdir. Buna görə də Gürcüstan Hökumətinin təhsil və elmi əsas prioritet elan etmək və illik büdcəni artırmaq qərarı qüvvədə qalmaqdadır. 2021 büdcəsində gələn ilin yanvar ayından etibarən (15 saat) böyük, aparıcı və mentor müəllimlərin maaşlarının 100 lari artırılacağı nəzərdə tutulur. Tam iş yükü olmayanlar üçün də mütənasib hesablama qaydasına uyğun olaraq maaşları artırılacaq", -deyə Nazir müavini qeyd edib.