02.12.2020 13:22
247
Sağlamlıq
A
"Lari məzənnəsinin ucuzlaşması dövlət borcunu 8 ayda 1,8 milyard artırıb" - Audit
"Larinin məzənnəsinin ucuzlaşması səbəbindən dövlətin borcu 2020-ci ilin ilk 8 ayında təxminən 1,8 milyard lari artıb". Aktual.ge xəbr verir ki, bu barədə Dövlət Audit Ofisinin Gürcüstanın 2020-ci il dövlət büdcəsinin icrasına dair yayımladığı hesabatda deyilir. Hesabata əsasən, Gürcüstan Hökumətinin borcu 8 ayda 5,6 milyard lari artaraq 25,5 milyard lari təşkil edib. "Dövlət borcunun artımının səbəbinə gəldikdə, borcun 5.6 milyard lari artımı yeni kreditlər hesabına baş verib və bu artım təsiri 67.1%, larinin məzənnəsindəki dəyişmənin təsiri isə 32.9% olub. Buna görə dövriyyənin ucuzlaşması səbəbindən dövr ərzində dövlət borcu 1,8 milyard lari artıb", - hesabatda deyilir. Qeyd olunub ki, dövlətin xarici borcunun strukturunda valyutalar baxımından avro ilə alınan kreditlərin həcmi (39,5%) üstünlük təşkil edir ki, bu da 2019-cu ilin sonuna nisbətən 8 faiz çoxdur.
ŞƏRH YAZ
3