Un sadəcə çörək sexlərinə bu qiymətə veriləcək
"Elan olunan təbii qaz artımı çörək istehsalçılarına təsir göstərməyəcək".
Aktual ge xəbər verir ki, bunu Gürcüstan Buğda və Un İstehsalçıları Birliyinin sədri Levan Silaqava deyib.
O diqqətə çatdırıb ki, unun qiymətinin hər yerdə 53 lari olacağı deyilir, bu belə deyil, 53 lari sadəcə çörək sexlərinə verilmə qiyməti olacaq.
“Ümumiyyətlə qaz tarifi çörək istehsalçılarına şamil olunmur. Nəticə olaraq burada bir istisna var və bu vəziyyətdə çörək istehsalçılar bundan asılı olmayacaqlar. Un İstehsalçıları Birliyi adından demək istəyirəm ki, dünya bazarındakı meyllər kifayət qədər problemlidir, yəni dünyada buğda bahalaşır. Dünyaya buğda tədarük edən 8 ölkənin olduğunu nəzərə alsaq görərik ki, bunlar ABŞ, Kanada, Avstraliya, Argentina, Avropa Birliyi, Rusiya, Ukrayna və Qazaxıstandır. Nəticə etibarilə, bu ölkələrin 6-sında bir problem var. Yalnız Rusiya və Avstraliya nisbətən yaxşı məhsula sahibdir, lakin bu 2 ölkə 6-nı tarazlaya bilmir. Bu isə öz növbəsində dünya bazarına təsir edən amillərdən biridir. İkinci amil budur ki, pandemiyanın birinci dalğası zamanı və ikinci dalğanı gözləyərkən ölkələrdə qida təhlükəsizliyi problemləri yarandı. İndi hər bir ölkə həyəcanla keçən ilə nisbətən daha çox buğda almağa çalışır, eyni dövrlə müqayisədə dünyada təxminən 20-30% daha çox buğda alınır", - deyə o bildirib.