Marneulini duman bürüdü - Göz-gözü görmür (FOTO)
Bu gün - 3 dekabr gecə saat 01:00 radələrindən Marneuli rayonunda güclü duman müşahidə olunub.
Aktual.ge-nin verdiyi xəbərə görə, Marneuli ilə yanaşı Bolnisi, Tetristkaro (Ağbulaq), Tsalka və Dmanisi rayonlarında da göz-gözü görməyən dumanlı hava şəraiti yaranıb.
Dumanlı hava şəraiti ilə yanaşı nəmli havada höküm sürür.
Məlumat üçün bildirək ki, dumanlı hava səhər saat 07:00-a qədər davam edəcək. Sözügedən rayonlarda isə gün ərzində günəşli havanın olması ehtimal olunur.
Qeyd edək ki, duman, adətən, səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır. Nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən, dumanın yaranması inversiya ilə izah olunur.