Giorgi Qaxaria tətbiq olunmuş məhdudiyyətlərin məqsədini açıqladı
03.12.2020 11:31
330
Siyasət
A
Giorgi Qaxaria tətbiq olunmuş məhdudiyyətlərin məqsədini açıqladı
"İki aylıq məhdudiyyətlər planı ilə yanaşı, gündə ediləcək test sayının 20 minə çatdırılması, epidemiyanın yayılma səviyyəsini tez bir zamanda aşkar etməyə kömək edəcək". Aktual.ge-nin verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumət iclasından əvvək mətbuata açıqlamasında söyləyib. Hökumət başçısı koronavirusla mübarizədə tətbiq olunmuş məhdudiyyətlərə toxunaraq ifadə edib ki, iki aylıq məhdudiyyətlər planının məqsədi odur ki, infeksiya hallarını ən qısa müddətdə müəyyənləşdirə bilək, təcrid edək, müalicə edək və fevral ayının əvvəlində tam bir rahat həyat yaşaya bilək.
ŞƏRH YAZ
6