Polis son sutkada yüzlərlə vətəndaşı məhdudiyyətləri pozduğuna görə cərimələyib
03.12.2020 12:46
366
Kriminal
A
Polis son sutkada yüzlərlə vətəndaşı məhdudiyyətləri pozduğuna görə cərimələyib
Hüquq-mühafizə orqanları son sutkada tibbi maska taxma qaydalarını pozduqları üçün 950 vətəndaşı cərimələyib. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatıns görə, Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal reaksiya göstərirlər. Hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində son 24 saat ərzində ölkə daxilində tətbiq olunan məhdudiyyətlər çərçivəsində qüvvədə olan qaydaların pozulması ilə bağlı 1055 hal aşkarlanıb. "Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 105 şəxsi cərimələyib. Cərimə olunanlar arasında axşam saat 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var. Bundan əlavə, 24 saat ərzində tibbi maska taxma qaydasını pozduqlarına görə 950 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib. Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmaqda davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır. Maska taxma qaydasının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari pul cəzası ilə nəticələnir. Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2 000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrarlanan cərimə cinayət məsuliyyətini nəzərdə tutur",- deyə məlumatda bildirilib.
ŞƏRH YAZ
7