300 larilik yardımın alınması qaydaları - DETALLAR
Gürcüstan Hökuməti İdarələrarası Şurasının qərarına əsasən, 28 noyabrdan etibarən işlərini itirmiş vətəndaşlara birdəfəlik 300 larilik kompensasiyaların ödənilməsinə qərar verilmişdir.
Aktual.ge xəbər portalı qeydiyyatın hansı saytda və necə aparılmasını sizlərə təqdim edir:
Kompensasiyanın alınması üçün vətəndaşlar -
https://www.rs.ge/FiredPersons saytına daxil olaraq açılacaq olan pəncərədəki birinci bölməyə şəxsiyyət vəsiqələrinin nömrəsini, ikinci bölməyə fəaliyyət göstərdikləri şirkətin identifikasiya kodunu, sonuncu bölmədə isə doğum tarixlərini qeyd etməlidirlər.
Qyulmuş məhdudiyyətlər səbəbindən iş fəaliyyəti 28 Noyabr 2020-ci il tarixindən etibarən dayandırılmış şəxslər, 3 dekabrdan 24 dekabr tarixinədək elektron müraciətlərini təqdim etməlidirlər (elektron ərizə təqdim edildikdən sonra vətəndaşlara məlumatları təsdiqləmək üçün 28 dekabr da daxil olmaqla 2 gün yenə vaxt verilir).
Qeydiyyata alınmış özünüməşğul şəxslərin özləri elektron ərizə təqdim edirlər. İşçilər və qeydiyyatsız fərdi təsərrüfat subyektləri haqqında məlumatlar işəgötürənlər və ya obyekt sahibləri tərəfindən verilir.