Müxalif lider fitili alovlandırdı -
03.12.2020 18:38
419
Siyasət
A
Müxalif lider fitili alovlandırdı - "Özünə hörmət edən partiya parlamentə girməyəcək"
"MSK, gerçəkliyin saxtalaşdırıldığı bir təşkilatdır". Aktual.ge xəbər verir ki, bunu müxalif "Vahid Milli Hərəkat" liderlərindən biri Nika Melia söyləyib. Onun sözlərinə görə, parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş yekun protokolu qəbulu heç nəyi dəyişməyəcək. N.Melia qeyd edib ki, özünə hörmət edən heç bir müxalifət partiyası müxalifətin tələbləri yerinə yetirilənə qədər parlamentə girməyəcək: "Müxalifətin tələbləri yerinə yetirilənə qədər özünə hörmət edən heç bir müxalifət partiyası, lideri və ya təmsilçisi bu parlamentə girməyəcək. Bidzina İvanişvilinin qarşılaşması lazım olan həqiqət budur. Hamımız bilirik ki, MSK reallığın saxtalaşdırıldığı bir təşkilatdır. İndi ölkədə əlavə bir böhran yaradan Bidzina İvanişvili həqiqətlə üzləşməli və müxalifətlə güzəştə getməlidir, o, bunu etməli olacaq".
ŞƏRH YAZ
1