SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub
03.12.2020 19:49
283
İqtisadiyyat
A
SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub
2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya qoyulub. Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib. "Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və “Kulevi” neft terminalı uğurla fəaliyyət göstərir və 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard dollar həcmində vergi ödənilib. Bu məbləğ SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə təqribən bərabərdir. SOCAR Georgia Gas” MMC ölkə daxilində 715 mindən çox abunəçiyə təbii qaz verir",-məlumatada deyilir.
ŞƏRH YAZ
0