Avropa Komissarı: “Avropa Birliyi Gürcüstan xalqının yanındadır və yardım göstərir”
03.12.2020 23:52
1031
Siyasət
A
Avropa Komissarı: “Avropa Birliyi Gürcüstan xalqının yanındadır və yardım göstərir”
“Avropa Birliyi Gürcüstanın və Gürcüstan xalqının yanındadır və iqtisadi vəziyyətin bərpası da daxil olmaqla bir çox sahələrdə yardım göstərir”. Aktual.ge xəbər verir ki, bunu Avropanın Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varhei “Twitter” hesabında yazaraq bildirib. Onun sözlərinə görə, Baş nazir Giorgi Qaxaria ilə mövcud hadisələrlə əlaqədar yaxşı bir söhbət ediblər. "Bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə son hadisələr barədə yaxşı bir söhbət etdim. Söhbət əsnasında tərəflər arasında dialoqun və yeni Koronavirusa qarşı mübarizənin vacibliyini vurğuladım. AB Gürcüstan və Gürcüstan xalqının yanındadır və iqtisadi bərpa da daxil olmaqla bir çox sahələrdə yardım göstərir. Bu, bizim ümumi prioritetimizdir",- deyə O.Varhei qeyd edib.
ŞƏRH YAZ
2