ŞOK - Gürcüstanda koronavirus pandemiyası qumar bağımlılığını artırıb
04.12.2020 00:31
503
Maraqlı
A
ŞOK - Gürcüstanda koronavirus pandemiyası qumar bağımlılığını artırıb
"Koronavirus pandemiyası ölkədəki qumar bağımlılığı problemini daha da artırdı və onlayn qumar oyunçuların arasında daha populyarlaşmağa başladı". Aktual.ge xəbər verir ki, bunu Sputnik-Gruziya-ya açıqlamasında "Analar Qumara Qarşı Hərəkatı"nın təsisçisi Tamriko Japaridze söyləyib. O hesab edir ki, qumar oyunları Gürcüstanın aparıcı sahələrindən biridir, sektorun qazancı bankların qazancını belə üstələyir. Hərəkatın təsisçisi iddia edir ki, 3,7 milyon əhalisi olan Gürcüstanın bir milyona yaxını qumar asılısıdır. "Yanvar ayında 135 milyon lari, fevral ayında - 126,2 milyon lari, mart ayında isə 96,5 milyon lari pul qumar saytlarına köçürülüb. Bütün bunlar hamısı onlayn qumar saytlar vasitəsilə olub. Bu, hamımızın evdə olduğumuz bir pandemiya vaxtı dövründə baş verib",-deyə T. Japaridze qeyd edib. Qeyd olunub ki, yetkinlik yaşına çatmayanlar arasında qumar oynamağa böyük həvəs var. Bununla bağlı rəsmi bir statistika olmasa da, ancaq QHT-nın araşdırmalarına görə, Gürcüstanın 14 yaşlı sakinlərinin 28% qumar oynayır, 16 yaşlı gənclər arasında - 58%, 17 yaşlı gənclər arasında isə bu hal 90%.qədər yüksəkdir. Yetkinlik yaşına çatmayanları qumarxanalara buraxmasalarda, gənclər arasında onlayın kazino istifadəçilərinin sayı çoxdur.
ŞƏRH YAZ
1