İlham Əliyevdən çağırış - Bu gün saat 12:00-da şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək
04.12.2020 11:00
260
Dünya
A
İlham Əliyevdən çağırış - Bu gün saat 12:00-da şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək
Bu gün Azərbaycanda Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Aktual.ge xəbər verir ki, Azərbaycanda anım günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün tədbirlərkər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçu isə tibb müəssisələrində müalicəsi davam edir.
ŞƏRH YAZ
0