Qış mövsümü Gürcüstanda neçə keçəcək? - RƏSMİ AÇIQLAMA
Gürcüstanda qış mövsümünün orta hava istiliyinin normal həddində və ya normadan bir dərəcə isti, yağıntıların isə normal həddə olacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
"Gürcüstan da daxil olmaqla Cənubi-Şərqi Avropa ölkələrinin İqlim Proqnozları Forumunda hazırlanan 2020-2021-ci il qış mövsümü üçün hava proqnozuna görə, qış mövsümünün bəzi günlərində Qərbi Gürcüstanın aran bölgələrində gecə havanın temperaturu -4, -6 dərəcəyə enə bilər; dağlıq ərazilərdə -8, -10 dərəcəyə qədər; yüksək dağlıq ərazilərdə -11, -13 dərəcəyə qədər.
Şərqi Gürcüstana gəlincə, aran bölgələrində havanın temperaturu -7, -9, dağlıq bölgələrdə -11, -14, yüksək dağlıq ərazilərdə -18, -20 dərəcə olacaq",-məlumatda deyilir.