Batumidə sular durulmur - Yenidən aksiya başladı
04.12.2020 14:08
335
Siyasət
A
Batumidə sular durulmur - Yenidən aksiya başladı
Müxalifət nümayəndələri və tərəfdarları Acarıstan Ali Seçki Komissiyası binası qarşısında etiraz aksiyası keçirdiblər. Ali Məclis seçkilərinin yekun protokolunun tərtib edildiyi Acarıstan Ali Seçki Komissiyası binasının qarşısında müxalifət nümayəndələri və tərəfdarları etiraz aksiyası keçiriblər. Aktual.ge xəbər verir ki, etirazçılar üstündə Acarıstan Ali Seçki Komissiyasının sədri Parmen Jalağonia baş saxtakardır yazısı olan dırnaqarası sertifikat gətiriblər. Binaya daxil olaraq "sertifikat"ı Jalağoniaya verməyə cəhd ediblər lakin hüquq-mühafizə orqanları buna imkan verməyib. Acarıstan Ali Seçki Komissiyasının işçilərindən biri sertifikatı götürüb. Aksiyada insident baş tutmayıb.
ŞƏRH YAZ
1