Gürcüstanda bir sıra ərzaq bahalaşıb - ƏTRAFLI
04.12.2020 14:50
548
İqtisadiyyat
A
Gürcüstanda bir sıra ərzaq bahalaşıb - ƏTRAFLI
Noyabr ayında bir sıra ərzaqların qiymətlərində bahalaşma müşahidə olunub. Qiymətlərin bahalaşması şəkərin qiymətinə də öz təsirini göstərib. Belə ki, şəkərin qiymət indeksi 3.3% faiz artıb. Aktual.ge xəbər verir ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı şəkərin bahalaşmasının əsas səbəbinin dünyada çatışmayan şəkər tədarükünün olduğunu deyib. Əlverişsiz hava şəraiti səbəbindən Avropa Birliyi, Rusiya və Taylandda şəkər yığımı gözləniləndən daha az olub. Gürcüstanda şəkərin qiyməti illik 7.0 faiz bahalaşıb. Süd və süd məhsulları qiymətləri indeksi noyabr ayında 0,9% artıb. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatına görə, süd və süd məhsullarının beynəlxalq qiymətlərinin artması Avropada kərə yağı və pendirə olan tələbin artması və mövsümi süd istehsalının azalması ilə əlaqədardır. Gürcüstanda süd, pendir və yumurta noyabr ayında 8% artıb. Noyabr ayında bitki yağının beynəlxalq qiyməti rekord dərəcədə, 14,5% bahalaşıb. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı bahalaşmanın səbəbi olaraq dünyada azaldılmış xurma yağı tədarükünü göstərib. Gürcüstanda yağın qiymətində illik 23% artım müşahidə olunub.
ŞƏRH YAZ
3