Rusiya sərhədində atışma - Ölən var
Rusiya ilə Ukrayna arasındakı sərhəddə atışma baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, üç nəfər silahlı şəxs Rusiya sərhədini Ukrayna tərəfdən keçməyə çalışıb. Qanunsuz sərhəd keçmə cəhdinin qarşısı alınıb.
Tərəflər arasında atışma zamanı üç nəfərdən biri ölüb, ikisi isə qaçıb.
Ukrayna Sərhəd Xidməti isə sərhəddə hər hansı atışma səsi eşidilmədiyini və bu barədə onlarda heç bir informasiya olmadığını bildirib.
İdarədən verilən məlumatda eyni zamanda Rusiyanın da onlara bununla bağlı hər hansı məlumat vermədiyi qeyd edilib.