Karl Harçel:
04.12.2020 16:55
732
Siyasət
A
Karl Harçel: "Ümid edirəm ki, bütün seçilmiş üzvlərin parlament mandatından istifadə etmələrini təmin edəcək bir yol tapılacaq"
"Ümidvaram ki, seçilmiş bütün üzvlərin demokratiya və demokratik təsisatları daha da gücləndirmək üçün deputat mandatlarından istifadə etmələrini təmin edəcək bir yol tapılacaq". Aktual.ge xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Karl Harçel deyib. Səfir ortaq həll yolunun tapılacağına ümid etdiyini bildirib. “Təxminən bir həftədir əlaqələr yaradırıq. Tərəqqi edə biləcəyimizi təmin etmək üçün daim müxtəlif tərəflərlə işləyirəm. Ortaq bir həll tapacağımıza dair ümidimiz var. Son 24 saat ərzində mövqeləri müəyyənləşdirmək üçün hər iki tərəflə müzakirələr davam edir. Bu, müzakirələrin ortaq bir platformaya doğru getməsini təmin edir. Mən real imkanları görürəm. Düşünürəm ki, son həftələrdə dilə gətirilən narahatlıqları əks etdirən bir razılaşma əldə etmək olar, eyni zamanda ölkənin demokratik idarələrin qurulmasına davam etmək də daxil olmaqla böhrandan daha güclü şəkildə çıxması təmin edilə bilər. Bunun üçün fürsətlər var", - deyə Karl Harçel vurğulayıb. O, həmçinin danışıqların çətin olacağını bildirib. “Mənim və amerikalı həmkarımın həqiqətən müxalifəti dinləməsi yaxşı bir fürsət olacaq. Müzakirələrimiz davam etdiriləcək. Hamımız nəticənin necə olacağını və bundan sonra necə davam edəcəyini görəcəyik. Müxalifətlə birlikdə gördüyümüz işləri çox yaxşı qiymətləndirirəm. Çətin danışıqlar olacaq. Bütün seçilmiş üzvlərin demokratiya və demokratik təsisatları daha da gücləndirmək üçün deputat mandatından istifadə etmələrini təmin edəcək bir yol tapılacağına ümid edirik", - deyə Karl Harçel əlavə edib.
ŞƏRH YAZ
2