Azərbaycanın Gürcüstandakı səfirliyində Vətən müharibəsinin şəhidləri yad edilib
04.12.2020 17:02
319
Siyasət
A
Azərbaycanın Gürcüstandakı səfirliyində Vətən müharibəsinin şəhidləri yad edilib
"Cari ilin 4 dekabr tarixində saat 12:00-da Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir”. Aktual.ge xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Gürcüstandakı səfirliyinin "Facebook" səhifəsində yayılıb. Qeyd olunub ki, səfirlik binasının ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və düşmən üzərində şanlı zəfər simvollarından biri olan Xarıbülbül gülü əkilib. Məlumatda deyilir: “Cari ilin 4 dekabr tarixində saat 12:00-da Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Eyni zamanda, anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq, Gürcüstanda, Səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və düşmən üzərində şanlı zəfərimizin simvollarından biri olan Xarıbülbül gülü əkilmişdir. Bununla da, Qarabağ ətri, qələbə ətri Gürcüstana da gətirilmişdir. Qeyd edilməlidir ki, Xarıbülbül gülünün Gürcüstana gətirilməsi “AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə mümkün olmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan hərbçilərinə! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!”.
ŞƏRH YAZ
1