Koba Nakopia: "Tələblərimizdə heç bir şey dəyişməyib"
"Tələblərimizdə əsaslı olaraq heç bir şey dəyişmədi. Tələblərimiz - yeni seçkilər, siyasi məhbusların azad olunması və ya digər məsələlərlə əlaqəli bütün tələblərimizin qüvvədə qalması deməkdir".
Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Vahid Milli Hərəkat" (VMH) partiyasının aparıcı simalarından biri olan Koba Nakopia ABŞ-ın Gürcüstandakı səfirinin igamətqahında səfirlərlə müxalifətin görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.
VMH lideri Qriqol Vaşadzenin bugünkü görüşdə niyə iştirak etməməsi ilə bağlı jurnalistlərin suallarını K.Nakopia belə cavablayıb: "Onun başqa görüşləri var idi. Bildirmək istəyirəm ki, Vaşadzenin partiyanın mövqeyini bölüşür".
Onun sözlərinə görə, görüşdə tələblərini yazılı şəkildə səfirlərə çatdırıblar və indi "Gürcü Arzusu"ndan yazılı cavab gözləyirlər.
"Tələblərimizdə heç bir şey dəyişməyib. Biz sadəcə təfərrüatları hazırladıq və tələblərimizi yazılı olaraq vasitəçilərə ötürdük. 'Gürcü Arzusu'ndan da yazılı cavablar gözləyirik. Görüşün üçüncü turu qarşılıqlı mövqe mübadiləsi baş verdikdən sonra olacaq",-deyə K.Nakopia deyib.