Müxalif liderdən hökumətə ismarış - Ana müxalifətin tələbi təmin olunmasa...
Müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Zaal Udumaşvilinin sözlərinə görə, partiyanın keçirdiyi siyasi şura iclasında hamı birlikdə qərar verdi ki, ana müxalifətin yeni seçki tələbi təmin olunmasa, "Milli Hərəkat" parlament mandatından imtina edəcək.
Aktual.ge məlumat verir ki, müxalif lider bununla bağlı bu gün partiyalarının mərkəzi qərargahında siyasi şurasının iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O, bu mövzuda partiya üzvlərinin mövqeyinin yekdil olduğunu vurğulayıb.