AB parlament seçkilərindən sonra Gürcüstandakı vəziyyəti nəzərdən keçirəcək
04.12.2020 20:54
292
Siyasət
A
AB parlament seçkilərindən sonra Gürcüstandakı vəziyyəti nəzərdən keçirəcək
Avropa Birliyinin (AB) xarici işlər nazirləri parlament seçkilərindən sonra Gürcüstandakı vəziyyəti nəzərdən keçirəcəklər. Aktual.ge-nin verdiyi xəbərə görə, bununla bağlı AB Şurası tərəfindən yayımlanan gündəlikdə deyilir. Qeyd olunub ki, AB Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 7-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borrellin rəhbərliyi ilə baş tutacaq. AB Şurasının rəsmi saytında yayımlanan açıqlamaya görə, Şura son beynəlxalq hadisələri, xüsusən də Gürcüstanda seçkidən sonrakı vəziyyəti, Venesueladakı parlament seçkilərini, Türkiyə ilə əlaqəli hadisələri və insan haqları məsələsini dəyərləndirəcək.
ŞƏRH YAZ
4