Tbilisidə patrul polisi piyadanı vurub
05.12.2020 17:35
726
Kriminal
A
Tbilisidə patrul polisi piyadanı vurub
Tbilisinin Çavçavadze prospektində patrul polisi avtomobili piyadanı vurub. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, hadisə ilə bağlı 276-cı maddənin 2-ci hissəsi (sağlamlığa zərər vuran yol qəzası) ilə istintaq başladılıb. "İstintaq nəticəsində məlum olmuşdur ki, 5 dekabr tarixində Tbilisinin Çavçavadze prospektində Patrul Polisi Müfəttişi D.K.-nin idarə etdiyi patrul polisi avtomobili piyada hərəkət edən E.S.-ni vurub. Yaralı şəxs klinikaya aparıldı. İstintaq və prosessual tədbirlər görüləcək və bundan sonra iş üzrə müvafiq qərar veriləcək", - deyə prokurorluğun məlumatında deyilir.
ŞƏRH YAZ
5