DİQQƏT! SOCAR təhsil haqqının ödənilməsində yeni şərtlərini açıqladı - EXCLUSİVE
07.12.2020 14:47
4423
Siyasət
A
DİQQƏT! SOCAR təhsil haqqının ödənilməsində yeni şərtlərini açıqladı - EXCLUSİVE
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda etnik azərbaycanlı tələbələrin təhsil haqqının ödənilməsində bir sıra yeni dəyişikliklər qərarı qəbul edib. Bu barədə Aktual.ge xəbər portalına SOCAR Gürcüstanın mətbuat xidmətindən verilən exclusive məlumatda deyilir: " «1+4» Təhsil proqramı üzrə oxuyan və birbaşa 1 – ci kursa qəbul olunmuş tələbələrin təhsil haqqının ödənilməsi üçün kriteriyalar "2020-2021-ci tədris ilinin 1-ci semestrindən etibarən tələbələrin təhsil haqqı aşağıda yazılan kriteriyalara uyğun olaraq ödəniləcəkdir: 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin hazırlıq kursuna qəbul olunan tələbələrin təhsil haqqının ödənilməsində Vahid Milli İmtahan nəticələri əsas götürüləcək və qəbul imtahanının nəticəsi 30 baldan yuxarı olan tələbələrin adları təhsil haqqı ödənilə biləcək namizədlərin siyahısına salınacaqdır. 2020-2021-ci tədris ilində hazırlıq kurslarına qəbul zamanı Vahid Milli İmtahan nəticəsi 30 baldan aşağı olan və bu səbəbə görə hazırlıq kursunun 1-ci semestri üçün təhsil haqqı ödənilməyən, amma semestri tələb olunan göstəricilər (1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA) ilə bitirən tələbələrin təhsil haqqı ikinci semestrdən etibarən hal hazırkı yeni prinsiplər üzrə ödəniləcəkdir. 2020-2021-ci tədris ilinin hazırlıq kursunun 1-ci semestrini bitirib, 2-ci semestrdə oxumağa davam edən tələbələrin təhsil haqqı, hazırlıq kursunun 1-ci semestrın nəticələri əsasında ödəniləcəkdir. Belə ki, təhsil haqqının ödənilməsi üçün tələbə 1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil etməlidir. Hazırlıq kursunun 1-ci semestrinin təhsil haqqı, müvafiq sessiyanın nəticələrinə əsasən ödəniləcək və bu halda, tam 30 kredit toplaya bilməyən tələbələrin təhsil haqqının ödənilməsi 1-ci kursun 1-ci semestrində təhsillərinin davamına başlayana qədər dayandırılacaqdır. 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin 1-ci kursuna birbaşa qəbul olunan yeni tələbələrin təhsil haqqı 1-ci semestr üçün sessiya imtahanlarının nəticəsinə əsasən 61 orta qiymət balı və ya 1.00 GPA təmin edildiyi halda ödəniləcəkdir. Əsaslı səbəb olmadan, (analıq məzuniyyəti, hərbi xidmət və s.) o cümlədən mövcud imtahan borclarını aradan qaldırmaq yolu kimi, universitet və ya fakultə dəyişən tələbələrin təhsil haqqı ödənilməyəcəkdir. Hazırlıq kursunu bitirib 1-ci kursun 1-ci semestrində təhsilini davam etdirməli olan tələbələrin təhsil haqqı hazlırlıq kursunun nəticələrinə əsasən ödəniləcəkdir. Hazırlıq kursunu bir təhsil ili ərzində, 60 kredit toplamaqla, minimal 61 qiymət balı və ya 1.00 GPA ilə yekunlaşdıran tələbələrin təhsil haqqı ödəniləcəkdir. 1-ci kursun 2-ci semestri və həmçinin növbəti kursların müvafiq semestrlərində oxuyan tələbələrin təhsil haqqının ödənilməsində əvvəlki semestrlərin nəticələri əsas götürüləcəkdir. Hər semestr üzrə minimal 30 kredit toplayan və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil edən tələbələrin təhsil haqqı ödəniləcəkdir. Bakalavr pilləsindən məzun olmuş, ancaq universitetə olan təhsil haqqı borcu səbəbindən diplom ala bilməyən tələbələrin təhsil haqqının ödənilməsi üçün lazımi 240 kredit, Tibb universitetinin məzunları isə 360 kredit toplanmalı və orta qiymət balı minimum 61 və ya 1.00 GPA səviyyəsində olması əsas şərt olaraq qəbul ediləcəkdir. Yuxarıda göstərilən kriteriyalara cavab verən tələbələrə hər semestrin təhsil haqqı tam həcmdə və bir dəfə olmaqla: Bakalavr pilləsinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 8 semestr üzrə (4 təhsil ili ərzində), Bakalavr pilləsinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 10 semestr (5 təhsil ili ərzində), Tibb universitetinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 12 semestr üzrə (6 təhsil ili ərzində), Tibb universitetinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 14 semestr (7 təhsil ili ərzində) üçün ödəmə ediləcəkdir". " SOCAR-ın AÇIQLAMASINDA DEYİLİR: " Bilindiyi kimi, 2008-2009-cu tədris ilindən etibarən “1+4” Təhsil Proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan və lazımi kriteriyalara cavab verən tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi tərəfindən ödənilir. Son dövrdə, dünyada və Gürcüstanda yaşanan koronavirus (Covid-19) pandemiyası səbəbindən sənəd qəbulununda müəyyən gecikmələr yaşanmış olsa da, programın mühüm iсtimayi-sosial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 2019-2020-ci tədris ilinin ikinci semestr üzrə təhsil haqqının ödənilməsi SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi tərəfindən həyata keçirildi. 2020-2021-ci tədris ilinin birinci semestrindən etibarən, Gürcüstan dövlət ali təhsil müəssisələrində təhsil alan soydaşlarımızın təhsil haqqı ödəmələri yeni kriteriyalar üzrə ödəniləcəkdir. Təyin edilmiş kriteriyalara cavab verən tələbələrin siyahısı və təhsil haqqının ödənilməsi üçün vacib olan digər sənədlər keçən semestr olduğu kimi, bu semestr də eyni qayda ilə ali təhsil müəssisələrindən birbaşa istəniləcəkdir. Nəzərinizə çatdırırıq ki, kriteriyaların elan edilməsi sənəd qəbulunun başlaması demək deyil, tələbələrin çox saylı müraciətlərini nəzərə alaraq yeni kriteriyaları əvvəlcədən elan edirik. Sənəd qəbulununun başlaması ilə əlaqədar tələbələrə və ictimaiyətə məlumat veriləcəkdir. Əgər bu proseslə bağlı hər hansı sual meydana çıxarsa, tələbələr işçi qrupun üzvləri ilə birbaşa əlaqə saxlaya bilərlər: Heydər Əliyev – 577 222 877 Faiq Hüseynov – 577 222 479 Email: [email protected] "
ŞƏRH YAZ
4