DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu
08.12.2020 00:08
249
İdman
A
DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Aktual.ge-nin verdiyi məlumata görə, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Gürcüstan millisi 5 komandalı B qrupuna düşüb. Rəqiblər İspaniya, İsveç, Yunanıstan, Kosovo olub. A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan B qrupu: İspaniya, İsveç, Yunanıstan, GÜRCÜSTAN, Kosovo C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək. Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq. Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.
ŞƏRH YAZ
2