Zərərçəkmiş vətəndaşlara 300 larilik yardım üçün qeydiyyat prosesinin İZAHI - VİDEO
09.12.2020 17:50
2190
Sağlamlıq
A
Zərərçəkmiş vətəndaşlara 300 larilik yardım üçün qeydiyyat prosesinin İZAHI - VİDEO
Gürcüstan Hökuməti, böhran əleyhinə proqram çərçivəsində zərərçəkmiş vətəndaşlara dəstək məqsədilə 300 lari məbləğində birdəfəlik yardım paketi hazırlayıb və 3 dekabrdan etibarən sözügedən yardımın qeydiyyatına başlanılıb. Aktual.ge 300 larilik yardım üçün qeydiyyatdan keçmək prosesini həm yazılı həm də Maliyyə Nazirliyinin yaydığı video ilə təqdim edir: 300 larilik birdəfəlik kompensasiyanın alnması üçün qeydiyyatdan keçmək istəyən vətəndaşlar rs.ge saytına daxil olmalıdır. rs.ge saytına daxil olduqdan sonra açılmış pəncərənin sağ üst tərəfində göy rənglə işərələnmiş "სისტემაში შესვლა – Sistemə giriş" düyməsinə klikləyin. Açılmış pəncərədə üst-üstə iki boş xana mövcuddur. Boş xanaların üst hissəsinə istifadəçi adını, alt hissəsinə isə şifrəni daxil edərək "ავტორიზაცია – giriş" düyməsinə klikləyin. Sistemə daxil oldu sürətli axtarış bölməsində gürcü hərfləri ilə "განცხადებები" yazaraq axtarış verin. Ekranda açılan "განცხადებები" bölməsinə daxil olaraq "ახალი განცხადების რეგისტრაცია – yeni ərizənin qeydiyyatı" düyməsini tapıb klikləyin. Bu yolla siz işlədiyiniz müvafiq əmək fəaliyyətinə uyğun olaraq 300 larilik kompensasiyanın alınması üçün qeydiyyatdan keçmək proeslərini davam etdirərək qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, qeydiyyatdan keçdikdən sonra aidiyyatı qurum tərəfindən yoxlanılır və 300 larilik kompensasiyanın sözügedən vətəndaşa aid olub olmadığı araşdırılır. Bunu da qeyd edək ki, bu günədək cəmi 14 302 nəfər 300 larilik yardımdan faydalanıb.
ŞƏRH YAZ
2