Nazir müjdəni verdi - Pandemiyadan təsirlənən bu müəssisələrə yardım ediləcək
10.12.2020 22:43
353
İqtisadiyyat
A
Nazir müjdəni verdi - Pandemiyadan təsirlənən bu müəssisələrə yardım ediləcək
"Natia Turnava Baş nazirin tapşırığına əsasən, özəl uşaq bağçalarının nümayəndələri və assosiyasiyaları ilə görüşərək sektordakı pandemiya ilə əlaqədar problemləri müzakirə edib". Aktual.ge xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi tərəfindən yayılıb. “Maraqlı və uzun bir müzakirə apardıq. Bu, epidemioloji vəziyyətin yaratdığı məhdudiyyətlərdən ən çox təsirlənənən sahələrdən biridə uşaq bağçalarıdır. Digər müəssisələrin problemlərinə bənzər problemləri var - bank kreditləri və faiz ödənişləri, kirayə ödənişləri və vergi problemləri. Biz onların yanında olmağa, bu sektoru "Gürcüstanda istehsal et" proqramının müəyyən sahələrinə daxil etməyə və banklarla əlaqə qurmağa kömək etməyə hazırıq", - deyə görüşdə qeyd edib. Nazir görüş zamanı deyib ki, bu sahənin təmsilçilərinin gələcəyə nikbin baxması və epidemiya aradan qaldırılan kimi işə başlaya biləcəklərinə böyük ümidlər bəsləmələri vacibdir.
ŞƏRH YAZ
3