İrakli Kobaxidze: Saakaşvili-Qvaramiya və Uqulava-Bokeria qrupları danışlıqları pozmağa çalışır
12.12.2020 16:16
211
Siyasət
A
İrakli Kobaxidze: Saakaşvili-Qvaramiya və Uqulava-Bokeria qrupları danışlıqları pozmağa çalışır
“Bir tərəfdən Saakaşvili-Qvaramiya, digər tərəfdən Uqulava-Bokeria radikal qrupları hökumət və müxalifət arasında davam edən danışıqları pozmağa çalışırlar”. Aktual.ge xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi İrakli Kobaxidze partiya ofisində keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, digər müxalif siyasi partiyalarla danışıqlar üçün hər cür mənbələr mövcuddur. "Danışıqları kimin pozduğu çox aydındır – ‘Milli Hərəkat’ Saakaşvili-Qvaramiya qanadının radikal qanadı və bu tamamilə radikal qanaddan ibarət olan ‘Avropalı Gürcüstan’dır, başqa qanad mövcud deyil. Bir tərəfdə Saakaşvili-Qvaramiya, digər tərəfdə Bokeriya-Uqulava var. Belə bir mövqedədirlər ki, danışıqları pozsunlar. Digər siyasi partiyalara gəldikdə, hər cür qaynaq mövcuddur”,- deyə İ.Kobaxidze deyib. .
ŞƏRH YAZ
1