Dini Qurumların Mülkiyyəti barədə iclas keçirilib - Müsəlman icmasının məsələsi təmin edilməyib, ancaq...
14.12.2020 15:36
308
Din
A
Dini Qurumların Mülkiyyəti barədə iclas keçirilib - Müsəlman icmasının məsələsi təmin edilməyib, ancaq...
14 dekabr tarixində Dini İşlər üzrə Dövlət Agentliyi yanında Dini Qurumların Mülkiyyət və Maliyyə Məsələlərinin Öyrənilməsinə dair Tövsiyə Komissiyasının son, altıncı iclası Gürcüstan Hökuməti Administrasiyasında Pravoslav, Müsəlman və Yəhudi icmalarının məsələlərini müzakirə edən toplantı keçirib. Aktual.ge xəbər verir ki, bu barədə Dini İşlər üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, komissiya 19 məsələyə baxıb. Dini Qurumların Mülkiyyət və Maliyyə Məsələlərinin Öyrənilməsi Komissiyası, Pravoslav Kilsəsi tərəfindən təqdim olunan 16 məsələdən 12-si ilə bağlı müsbət tövsiyə verib, 3 məsələ isə rədd edilib və 1 məsələ əskik olaraq təyin olunub. Müsəlman icmasının 1 məsələsi təmin edilməyib. Yəhudi icmasının 2 məsələsi ilə bağlı müsbət tövsiyə verilib.
ŞƏRH YAZ
8