Etibar Eminov Şərqi Gürcüstan müftisi seçildi
21.12.2020 17:29
264
Din
A
Etibar Eminov Şərqi Gürcüstan müftisi seçildi
Etibar Eminov Gürcüstanın yeni müftisi seçilib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsindən bildirilib. Ölkənin şərqini təmsil edəcək müfti vəzifəsini növbəti 5 il müddətində yerinə yetirəcək. E.Eminov bundan öncə müftinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi olub. Qeyd edək ki, keçmiş müfti Yasin Əliyev bu ilin sentyabrında səhhəti ilə bağlı vəzifəsini tərk edib. Xatırladaq ki, Gürcüstanda iki müfti var. Onlardan biri Kvemo Kartli bölgəsində, digəri isə Acarıstan bölgəsini təmsil edir.
ŞƏRH YAZ
2