Maradonanın ekspertiza cavabları açıqlandı
23.12.2020 23:56
840
İdman
A
Maradonanın ekspertiza cavabları açıqlandı
Toksikoloji araşdırma zamanı məlum olub ki, 25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində spirt və narkotik maddə olmayıb. Aktual.ge xəbər verir ki, bu barədə “Telam” xəbər yayır. Məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır. Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər. Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib. İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.
ŞƏRH YAZ
2