Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib
27.12.2020 23:08
129
İdman
A
Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib
“Yuventus”un hücumçusu Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib. Aktual.ge xəbər verir ki, müvafiq sorğunu “Globe Soccer” keçirib. Səsvermədə Ronaldu 38% səs toplayıb. Onu 24% faiz səslə “Barselona”nın hücumçusu Lionel Messi izləyib. Üçüncü yerdə isə “Liverpul”un misirli forvardı Mohamed Salah qərarlaşıb – 23%. Eks “Barselona”lı Ronaldinyo 14% səs toplayıb və dördüncü olub. 2020-ci ilin ən yaxşı futbolçusu adını “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski, ən yaxşı məşqçisi ünvanını isə münhenlilərin çalışdırıcısı Hans Diter Flik qazanıb. Əsrin ən yaxşı baş məşqçisi Xosep Qvardiola olub.
ŞƏRH YAZ
2