Deputat Sadaxlıda imkansız ailələrə Yeni il sovqatı paylayıb
30.12.2020 16:15
762
Din
A
Deputat Sadaxlıda imkansız ailələrə Yeni il sovqatı paylayıb
Marneuli rayon Bələdiyyə Məclisinin üzvü Rövşən İskəndərov deputat seçildiyi öz kəndi Sadaxlı Ərazi Birliyinə Yeni il ilə əlaqədar ehtiyaclı ailələrə sovqat paylayıb. Aktual.ge məlumat verir ki, o, bunu hər il etdiyini ifadə edib. "Bu bayram sovqatı ilə bir neçə ailəyə sevinc bəxş etdik və bu səbəbdən çox sevinirəm", - deyə R.İskəndərov bildirib. O qeyd edib ki, paylanılan sovqat paketlərinin hər birində müxtəlif ərzaqlar yer alıb: "Biz bu sovqatı bir tək Yeni ildə deyil həmçinin Novruz bayramında, Ramazan bayramında və Qurban bayramında həyata keçiririk".
ŞƏRH YAZ
3