Gürcüstanlı
04.01.2021 00:39
1930
Kriminal
A
Gürcüstanlı "Qanuni oğru" Odessanı qarışdırdı və polisə özünü doğramaqla təhdid etdi - FOTO
Ukraynanın Odessa Hava Limanında "Kriminal avtoritet" Mindia Goradze saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə məlumatı detektiv-info.com.ua yayır. Məlumata əsasən, "kriminal aləmdə" "Lavasoğlu Batumskiy" ləqəbi ilə tanınan gürcüstanlı "qanuni oğru" Ukraynaya Minsk Hava Limanında sənədləri yoxlanılmadan gəlib və bundan sonra o, Odessada sərhəddə saxlanılıb. Bunu nəzərə alan Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti M.Goradzeni Ukraynaya girişini qadağan edərək onu gəldiyi yerə təhliyyə etmək qərarını verib. Nəşrin yazdığına görə, Minskə gedən təyyarəyə minərkən "Lavasoğlu" qəsdən ictimai qaydanı kobud şəkildə pozaraq Belarusiyaya getməkdən imtina edib və hüquq mühafizə orqanlarına açıq şəkildə özünə bədən xəsarətləri yetirməklə təhdid edib. Belə bir şəraitdə isə layner ekipajının komandiri rəsmi olaraq M.Goradzeni nəql etməkdən imtina edib. Məlumata görə, o hələdə Odessa Hava limanında beynəlxalq uçuşların yola salınma salonunda hüquq mühafizəçilərin gözü altındadır. Məlumat üçün bildirək ki, "Lavasoğlu Batumskiy" "oğru dünyasına" üzv olduğu üçün 2018-ci ilin iyul ayında Gürcüstanda qiyabi olaraq 12 il həbs cəzasına məhkum edilmişdi.
ŞƏRH YAZ
3