Tbilisidə qanlı hadisə - Qardaş qardaşını öldürüb
Tbilisidə 21 yaşlı gənc qardaşını qətlə yetirib.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-dən verilən məlumatda bildirilir ki, Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ailə üzvünə qarşı qəsdən ziyan yetirmə-adam öldürmə faktı ilə əlaqədar 1999-cu il təvəllüdlü Q.A-nı saxlayıblar.
“İstintaq təqsirləndirilən şəxsin 2001-ci il təvəllüdlü M.A-nı mübahisə zəminində soyuq silahdan istifadə edərək bədəninə ziyan vurduğunu müəyyənləşdirdi. Yaralı gənci təcili tibbi yardım qrupu xəstəxanaya çatdırsa da onu xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə istifadə olunan bıçağı sübut kimi götürüblər.
Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci bəndi, 108 maddəsi ilə araşdırılır.
Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur”,- deyə verilən məlumatda bildirilib.