Gürcüstanda zəlzələ oldu
Gürcüstanda zəlzələ baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Məlumata əsasən, zəlzələ bu gün, Tbilisi vaxtı ilə 19:01-də, Ochamchire yaxınlığında baş verib.
Bildirilib ki, zəlzələnin gücü 3.3 olub.