Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin azalıb
08.01.2021 13:42
1609
İqtisadiyyat
A
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin azalıb
Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 295 175 nəfər təşkil edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib. İllik müqayisədə Gürcüstana Azərbaycandan yollanan ziyarətçilərin sayı 1 mln 231 min 444 nəfər və ya 80,7 % azalıb. Azərbaycan hesabat ilində Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından II yeri tutub. Birinci yerdə 335 949 ziyarətçi ilə Türkiyə, üçüncü yerdə isə 261 295 ziyarətçi ilə Ermənistan qərarlaşıb. 2020-ci ildə Gürcüstan ümumilikdə 1 mln 749 min 308 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 81,3 % azdır. Qeyd edək ki, Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayının kəskin azalmasına səbəb koronavirus pandemiyasına görə ölkə sərhədlərinin sərbəst gediş-gəliş üçün bağlı olmasıdır.
ŞƏRH YAZ
4