6 ay ərzində 200 lari yardım necə ala bilərəm? - VİDEO İZAH
09.01.2021 09:00
1047
İqtisadiyyat
A
6 ay ərzində 200 lari yardım necə ala bilərəm? - VİDEO İZAH
Vergi ödəyicilərinin maraqları naminə, Maliyyə Nazirliyinin Gəlir Xidməti, Gürcüstan hökumətinin böhrana qarşı iqtisadi planı çərçivəsində 2021-ci ilin yanvar ayından 6 ay müddətində aylıq 200 lari yardım alacaq şəxslər kateqoriyasını ətraflı izah edir. Aktual.ge xəbər verir ki, bu barədə məluamt Məlumatı Maliyyə Nazirliyinin Gəlir Xidməti tərəfindən yayılıb. Məlumata əsasən, hər ayın 20-si də daxil olmaqla bütün işəgötürənlər (həm müraciətin verilməsi, həm də təsdiqlənməsi üçün) 6 ay ərzində aşağıdakı meyarlara cavab verən şəxslərin siyahısını təqdim etməlidirlər: "A) 2020-ci ilin yanvarından 2020-ci ilin noyabrınadək, hər hansı iki və ya daha çox ay (1 yanvar 2021-ci ilədək işəgötürənin təqdim etdiyi bəyannamələrdə sübut edilmişdir) əmək haqqı almış, b) 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər. Bir və ya bir neçə aydır maaşı (işin sona çatması səbəbi ilə) ödənilməyibsə. Bundan əlavə, koronavirusun yayılması zamanı işə qəbul edilən, hamiləlik, doğuş və uşaq baxımı, eləcə də yeni doğulmuş körpənin övladlığa götürülməsi ilə əlaqədar məzuniyyətdə olan bir işçinin 200 lari təzminat almaq hüququ vardır. İşəgötürənlər tərəfindən təzminat üçün tələb olunan elektron müraciət forması, 31 dekabr 2020-ci il tarixli, Gürcüstan Hökümətinin 286 nömrəli Qərarına edilmiş 829 nömrəli dəyişiklik və onlayn doldurulma qaydalarına dair video təlimat, həmçinin tez-tez verilən suallara cavablar aşağıda qeyd olunmuşdur: https://rs.ge/LawNewsxArchive?newsId=159 https://rs.ge/Covid19?cat=7&tab=8
ŞƏRH YAZ
2