Gürcüstanın işğal olunmuş ərazisində şiddətli yanğın günlərdir davam edir
10.01.2021 18:06
377
Hadisə
A
Gürcüstanın işğal olunmuş ərazisində şiddətli yanğın günlərdir davam edir
Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsinin Qaqra rayonunda bir neçə gündür davam edən yanğının söndürülməsi hələ də mümkün olmayıb. Aktual.ge Sputnik-ə istinadən xəbər verir ki, yanğın-xilasetmə briqadası bir beçə gündür ki, yanğının söndürülməsi ilə mübarizə aparır.l “Yanğın hələ söndürülməyib, çünki bu meşədir və böyük bir ərazini əhatə edir. Ancaq ətrafdakı evləri heç bir şey təhdid etmir. Yağan yağışların faydası olmadı, sadəcə olaraq yayılma sürətini yalnız bir az azaltdı”, - Qaqranın qonsarma "yanğın-xilasetmə qərargahının" rəhbəri Davit Bqanba məlumat verib. Onun sözlərinə görə, hazırda yanğının miqyası barədə danışmaq hələ tezdir, lakin təxminən 100 hektardır. O deyib ki, hal-hazırda Qaqrada, xüsusən də Mamzişma dağında yanğın mövcuddur. Qalan bütün yerlər də söndürülüb. Qeyd edək ki, Gürcüstan hökuməti yanğının söndürülməsində işğal olunmuş Abxaziyanın dırnaqarası "rəhbərliyinə" yardım etməyə çalışsada, qondarma rejim razı olmayıb.
ŞƏRH YAZ
3