Mərkəz rəhbəri açıqladı - Məhdudiyyətlər yalnız bundan sonra qaldırılacaq
11.01.2021 14:46
649
Sağlamlıq
A
Mərkəz rəhbəri açıqladı - Məhdudiyyətlər yalnız bundan sonra qaldırılacaq
"Koronavirusun yayılması ilə əlaqədar Gürcüstanda görülən məhdudlaşdırıcı tədbirlər yalnız vəziyyət ətraflı araşdırıldıqdan sonra qaldırılacaqdır". Aktual.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib. Qeyd edək ki, hökumətin 28 noyabr tarixində nöqtə məhdudiyyətləri ilə bağlı planına görə, 2020-ci ilin 16 yanvar tarixindən etibarən məhdudiyyətlər yalnız həftə sonları qüvvəyə minməli və 31 yanvar tarixindən etibarən tamamilə aradan qaldırılmalı idi. Bu haqda A.Qamkrelidze jurnalistərə "Tələsməyin" deyə məsləhət görüb. Mərkəz rəhbəri hesab edir ki, Gürcüstan ən yüksək koronavirus xəstəliyini noyabr ayının sonunda və dekabrın ilk həftəsində yaşayıb. O vaxtdan bəri yeni infeksiya hadisələrinin sayının "durmadan azaldığını", lakin mövcud nisbətlərin hələ də olduqca yüksək olduğunu vurğulayıb.
ŞƏRH YAZ
8